"HƏMAS" liderlərindən olan Al-Arurinin EVİ PARTLADILDI - ANBAAN VİDEO

15:50 - 31 Oktyabr 2023

\"HƏMAS\" liderlərindən olan Al-Arurinin EVİ PARTLADILDI - ANBAAN VİDEO

İsrail, "HƏMAS" liderlərindən olan Saleh Al-Arurinin Ramallahdakı evini partladıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, o bir neçə gün əvvəl "Düşmən qurudan girərsə, bu onlar üçün görünməmiş bir məğlubiyyətə çevriləcəkdir" - deyə, açıqlama verib.

"Şihab" xəbər agentliyinin yaydığı məlumata əsasən, gecə İsrail əsgərləri evə hücum ediblər.

Onlar mənzildə çoxsaylı partlayıcı qurğular quraşdırıblar. Səhər yaxın evi partladıblar.

Həmin görüntülər sosial şəbəkələrdə paylaşılaraq yayılıb. 

Saleh Al-Aruri 18 il İsrail həbsxanalarında yatıb. "HƏMAS" lideri 2010-cu ildə Fələstindən sürgün edilib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az