Həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

08:35 - 02 Noyabr 2023

Həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bakıda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən Manset.az-a bildirilib ki, noyabrın 2-də saat 07 radələrində Binəqədi rayonu yeni yaşayış massivində evlərin birində 1986-cı il təvəllüdlü Xamoyeva Zülfiyyə Alim qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1981-ci il təvəllüdlü Qasımov Qədir Tahir oğlu saxlanılıb.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az