HƏMAS-ın Qəzza zolağında İsrail qüvvələrinə hücumlarının yeni görüntüləri yayılıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, görüntülərdə fələstinli döyüşçülərin tunellərdən istifadə edərək tank əleyhinə raketlərlə İsrail tanklarını vurması öz əksini tapıb.
İsrail ordusu açıqlayıb ki, itkilərə rəğmən SAXAL qüvvələri Qəzzanın şimal istiqamətində irəliləməyə müvəffəq olub.