Şəhid İsmayıl Kərimlinin əziz xatirəsi yad olundu - FOTOLAR

12:17 - 04 Noyabr 2023

Şəhid İsmayıl Kərimlinin əziz xatirəsi yad olundu - FOTOLAR

İkinci Fəxri xiyabanda 44 günlük Vətən mühairbəsi şəhidi əsgər Kərimli İsmayıl Ceyhun oğlunun şəhadətinin üçüncü ildönümü münasibətilə məzarı ziyarət olunub. 

 

Manset.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçıcı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Yasamal Rayon İcra Hakimiyyətinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal və Nəsimi rayon təşkilatlarının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar. 

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. 

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Kərimli İsmayıl Ceyhun oğlu i şəhadətindən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az