"Bu rəqəmi Azərbaycan üçün az demək olmaz" - Nazir

18:17 - 04 Noyabr 2023

\"Bu rəqəmi Azərbaycan üçün az demək olmaz\" - Nazir

Gələn il üçün ölkədə yaşa görə orta aylıq pensiyanın məbləği 516 manat müəyyən edilib və bu rəqəmi Azərbaycan üçün az demək olmaz.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zaman əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, minimum pensiyaya görə minimum əməkhaqqı MDB məkanı sırasında həm nominal, həm də alıcılıq qabiliyyətinə görə 1 və ya 2-ci yerdədir: "Minimum orta aylıq pensiya və əməkhaqqı regiona görə heç də az deyil, amma arzulolunan səviyyədən aşağıdır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az