Bu yol bağlı olacaq - FOTO

13:14 - 07 Noyabr 2023

Bu yol bağlı olacaq - FOTO

Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə, daha dəqiqi 20 Yanvar dairəsindən Koroğlu metrosu istiqamətində yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki yolayrıcından ayrılan hissədən birinci tunelin girişinə qədər aparılacaq təmir işləri ilə əlaqədar olaraq sözügedən hissədə 10 noyabr saat 08:00-dan 11 noyabr saat 17:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 
 

Manset.az xəbər verir ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
 
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az