Fransa-Rusiya Dialoqunda Fransa Patriotlar Partiyasının lideri Florian Filippot bildirib ki, Avropa İttifaqı (Aİ) Rusiya ilə Ukrayna üzrə danışıqlar aparmaq istəmir.
Manset.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Filippo qeyd edib ki, Aİ danışıqlar aparmaq istəmir, ona görə də onunla dialoq mümkün deyil.
Siyasətçi bildirib ki, prezident Emmanuel Makronun dövründə Fransa Avropa sisteminin girovuna çevrilib və hərbi gündəmə əməl edir. Filippo əlavə edib ki, Volodimir Zelenski münaqişənin davam etdirilməsində maraqlıdır, çünki o, Ukraynada hakimiyyəti mümkün qədər uzun müddət saxlamaq istəyir.
Yeganə