ABŞ vətəndaşlığı olan israilli girov azad ediləcək

23:46 - 11 May 2025

ABŞ vətəndaşlığı olan israilli girov azad ediləcək

Fələstinin HAMAS hərəkatı ABŞ vətəndaşlığına malik olan israilli girovun azad ediləcəyini təsdiqləyib.


Manset.az xəbər verir ki, təşkilat bu barədə bəyanatı özünün "Telegram" kanalında paylaşıb.

“Son bir neçə gün ərzində HAMAS ABŞ administrasiyası ilə danışıqlar aparıb və bu məsləhətləşmələrin nəticəsi olaraq müsbət niyyət nümayiş etdirmək üçün ABŞ pasportu daşıyan israilli İden Aleksandrı azad etməyə qərar verib”, – deyə açıqlamada bildirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv