Rusiya nümayəndə heyəti İstanbulda Ukrayna tərəfi ilə danışıqlarla bağlı Türkiyə Prezidentini Dolmabaxça sarayındakı ofisində deyil, başqa yerdə gözləməyi planlaşdırır.
Manset.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Rusiya nümayəndə heyəti prezident aparatına getməyib, vəziyyətin inkişafını və məlumatın başqa yerdən alınmasını gözləyəcək”, - deyə agentliyin mənbəsi bildirib.