Paşinyan və Makron sülhü müzakirə ediblər

22:26 - 16 May 2025

Paşinyan və Makron sülhü müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron Albaniyanın paytaxtı Tiranada görüşüb.


Manset.az xəbər verir ki, Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkədəki hesabında yazıb.

"Fransa prezidenti Emmanuel Makronla məhsuldar görüş", - Ermənistanın baş naziri qeyd edib.

Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib ki, tərəflər regional və beynəlxalq prosesləri müzakirə ediblər, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini qeyd ediblər.

Fransa prezidenti Parisin sülh prosesinə sarsılmaz dəstəyini bir daha vurğulayaraq qeyd edib ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bütövlükdə regional əməkdaşlıq üçün həyati əhəmiyyət kəsb edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv