İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində arasında sabiq bələdiyyə başçısı Ekrem İmamoğlunun da olduğu 13 şübhəlinin həbsdə saxlanılması qərara alınıb.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqda şübhəlilərə "cinayət təşkilatı qurmaq və idarə etmək", "cinayət təşkilatına üzv olmaq", "rüşvət", "qəsbkarlıq", "fırıldaqçılıq", "şəxsi məlumatları qanunsuz əldə etmək" və "tenderə müdaxilə" kimi ittihamlar irəli sürülüb.
Aylıq həbs baxışını keçirən məhkəmə həbs qərarının davam etdirilməsinə qərar verib. Həbs üçün əsas təşkil edən konkret səbəblərin hələ də etibarlı olduğu vurğulanıb. İstintaq davam edir.