ABŞ-də qasırğa - Ölənlər var 

17:23 - 17 May 2025

ABŞ-də qasırğa - Ölənlər var 

ABŞ-ın mərkəzi və şərq ştatlarını təsir edən güclü qasırğa və tornadolar nəticəsində ümumilikdə 23 nəfər həyatını itirib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kentukkidə 14, Missuridə 7, Virciniyada isə 2 nəfər ölüb.

Fırtına və dolu səbəbindən minlərlə evə ziyan dəyib, ağaclar aşıb, elektrik xətləri qırılıb.

Miçiqandan Tennessiyə qədər 600 min insan işıqsız qalıb.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv