Rusiya 105 pilotsuz təyyarə vurdu

16:36 - 22 May 2025

Rusiya 105 pilotsuz təyyarə vurdu

Rusiyanın hava hücumundan müdafiə sistemləri gecə saatlarında Ukraynaya məxsus 105 pilotsuz uçuş aparatını məhv edib.


Manset.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Nazirliyin açıqlamasına görə, onlardan 35-i birbaşa Moskva vilayəti üzərində vurulub.

“Moskva vaxtı ilə saat 00:00-dan 05:30-a qədər növb   ətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 105 təyyarə tipli pilotsuz uçuş aparatını zərərsizləşdirib”, – deyə məlumatda qeyd olunub.

Hadisə ilə bağlı Moskva meri Sergey Sobyanin də açıqlama verib. O bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Ukrayna tərəfindən təşkil edilən dron hücumlarının qarşısını almaq üçün tədbirlər görməkdə davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv