İsrail ordusu Yəməndən atılan raket səbəbilə ölkənin bir sıra bölgəsində hava hücumu xəbərdarlıq sisteminin işə düşdüyünü açıqlayıb.
Manset.az-ın məlumatına görə, İsrail Müdafiə Qüvvələrinin (IDF) yaydığı məlumatda raketin ölkənin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi qeyd olunub.
Hücum nəticəsində hər hansı dağıntı və ya insan tələfatının qeydə alınmadığı bildirilir.
Məlumata görə, hücumun Yəməndə İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirildiyi ehtimal olunur.
Bununla da son 24 saat ərzində husilər tərəfindən İsrailə atılan raketlərin sayı azı ikiyə çatıb.
Xatırladaq ki, İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatlarını davam etdirir. Bu fonda regionda gərginlik daha da artır.