İndoneziyanın Sumatra adasındakı Benqkulu şəhəri yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.
Manset.az-ın əldə etdiyi məlumatına görə, hadisə nəticəsində sunami xəbərdarlığı verilməyib.
Amerika Birləşmiş Ştatlarının Geoloji Xidməti (USGS) zəlzələnin 68 kilometr dərinlikdə baş verdiyini bildirir.
Zəlzələdən sonra Benqkulunun mərkəzində 100-dən çox ev və 6 ictimai obyektin zərər gördüyünü, şəhər mərkəzində isə 8 evin tamamilə dağıldığını qeyd edib.
Benqkulu qubernatoru Helmi Həsən isə zəlzələdə tələfat olmadığını və təxminən 100 evin dağıldığını təsdiqləyib. O, ciddi ziyan dəymiş evlərin bərpası və digər zədələnmiş binaların təmiri üçün yardımların göstəriləcəyini bildirib.