Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar

01:30 - 24 May 2025

Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar

Pakistan və Hindistan qarşılıqlı hava məkanının bağlanmasını iyun ayına kimi uzadıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda “Dawn” məlumat yayıb.

Belə ki, Pakistan Hava Limanının İdarəsi Hindistan aviaşirkətləri üçün hava məkanının bağlanmasını iyunun 24-dək, Hindistan isə Pakistan təyyarələri üçün iyunun 23-dək uzadıb.

Qeyd edək ki, aprelin 24-də Pakistan hava məkanını bir ay müddətinə bütün Hindistan aviaşirkətləri üçün bağlayıb. Pakistanın Hindistan hava məkanından istifadəsinə dair əvvəlki qadağa isə aprelin 30-dan mayın 23-dək qüvvədə idi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv