Xızıda ağır qəza - Sərnişin öldü

09:26 - 31 İyul 2025

Xızıda ağır qəza - Sərnişin öldü

Xızıda iki avtomobil iştirakı ilə bağlı ölümlə nəticələnən yol qəzası olub.


Manset.az xəbər verir ki, Xızı-Giləzi avtomobil yolunun 27-ci km-də Bünyatov Rəfail Rza oğlunun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə Heydərov Cəbrayıl Alışan oğlunun idarə etdiyi “Changan Qiyuan Q05” markalı avtomobil toqquşub.

Nəticədə sonuncu avtomobildə olan sərnişin Əsədova Zərqələm Abas qızı aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq ibtida istintaq aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az