Yaponiyada qasırğa ilə bağlı xəbərdarlıq edildi

13:45 - 05 Sentyabr 2025

Yaponiyada qasırğa ilə bağlı xəbərdarlıq edildi

Yaponiyada güclü "Wipha" qasırğası Vakayama prefekturasına doğru irəliləyir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) verdiyi məlumata görə, Yaponiyanın qərbində yerləşən bölgələrdə qasırğa ilə bağlı xəbərdarlıq edilib.

Xəbərdarlıqda leysan yağışlar, sürüşmə və daşqın təhlükəsinin 4-cü dərəcəli olduğu bildirilir.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamaya əsasən, tayfun 5 sentyabr cümə günü səhər saat 9:00 radələrində Sakit Okean sahilləri ilə hərəkət edərək Vakayama prefekturasının şimal hissəsinə çatıb.

Meteoroloqlar güclü yağış və daşqın riski ilə bağlı sakinləri ehtiyatlı olmağa çağırıblar. Tayfunun günortadan sonra Kansai, Tokai, Kanto-Koşin və Tohoku bölgələrinə də çatacağı proqnozlaşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az