Rusiyada vəba xəstəliyinə qarşı immunitetin test sistemi qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Şərq İqtisadi Forumu çərçivəsində Rospotrebnadzorun rəhbəri Anna Popova məlumat verib.
"Bu, ya xəstəlikdən sonra, ya da peyvənddən sonra formalaşan vəbaya qarşı immuniteti müəyyən edən bir sistemdir", - o deyib.
Popovanın sözlərinə görə, yeni sistem A, M və G immunoqlobulinlərini təyin etməyə, yəni insanın nə qədər əvvəl yoluxduğunu və nə qədər əvvəl vəba xəstəliyinə tutulduğunu müəyyən etməyə imkan verir ki, bu da epidemioloji təhlilin dərinləşməsinə kömək edir.
Avqust ayında Rospotrebnadzorun rəhbəri Anna Popova 2025-ci ildə Rusiya Federasiyasında dörd vəba hadisəsinin qeydə alındığını söyləyib