İzmirin Balçova rayonunda polis bölməsinə edilən silahlı hücum zamanı iki polis həyatını itirib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, görüntülərdə hücumçunun ov tüfəngi ilə qaçaraq yaşayış binasına daxil olduğu görünür.
Hücumçunun yaralanaraq saxlanıldığı bildirilir. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, hücumun səbəbləri hələlik açıqlanmayıb.