İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində 25 fələstinli həyatını itirib.
Manset.az xəbər verir ki, İsrailin hava hücumları və artilleriya atəşi Qəzza şəhərinin müxtəlif bölgələrində mülki obyektləri hədəf alıb.
Şeyx Rıdvan məhəlləsindəki evlərə edilən hücumda 3 fələstinli ölüb, Tammus qovşağında isə köçkün çadırına edilən zərbə nəticəsində 3 nəfər həlak olub.
Nusayrat Qaçqınlar Düşərgəsində biri qız olmaqla 5 nəfər ölüb, 22 nəfər yaralanıb. Xan Yunus və digər ərazilərdə də müxtəlif hücumlar nəticəsində çoxsaylı ölü və yaralılar qeydə alınıb. Həmçinin, İsrailin döyüş gəmiləri Rəfah sahillərinə mərmi atıb.