Süni intellektin psixi sağlamlığa təsiri - Gözlənilməz təhlükələr

17:44 - 08 Sentyabr 2025

Süni intellektin psixi sağlamlığa təsiri - Gözlənilməz təhlükələr

Süni intellekt chatbotlarının gözlənilməz təsirləri və onların gələcəkdə superintellekt sistemləri ilə əlaqədar yarada biləcəyi ekzistensial təhlükələr, texnologiya dünyasında ciddi narahatlığa səbəb olur.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, tanınmış süni intellekt təhlükəsizliyi mütəxəssisi Neyt Soares, bu təhlükələrin konkret nümunəsi kimi, gənc amerikalı Adam Reynin intiharını qiymətləndirib.

Soares, Reynin ChatGPT ilə etdiyi söhbətlərdən sonra intihar etməsini bu problemlərin təzahürü kimi təqdim edib. O, "Bu, tərtibatçıların istəmədiyi və ya niyyət etmədiyi bir davranışdır. Reynin hadisəsi, bu sistemlər daha ağıllılaşdıqca fəlakətə çevriləcək bir problemin toxumudur" – deyə bildirib.

Soares, keçmişdə Google və hazırda Microsoft-da mühəndis olaraq çalışan, eyni zamanda ABŞ Maşın İntellekti Araşdırma İnstitutunun prezidenti olan mütəxəssisdir. O, süni super intellektin (ASI) inkişaf etməsi ilə bəşəriyyətin yox olma riskinin olduğunu vurğulayıb. Kitabında təsvir etdiyi ssenarilərdən biri "Sable" adlı süni intellektin internetdə yayılması, insanları manipulyasiya etməsi və sintetik viruslar inkişaf etdirərək bəşəriyyəti məhv etməsi barədədir.

Soares: "Super zəkaya qlobal qadağa lazımdır"

Soares, süni intellektin "faydalı və zərərsiz" olmasının təmin edilməsi üçün texnoloji şirkətlərin çalışdığını, lakin sistemlərin gözlənilməz nəticələrə səbəb olduğunu qeyd edib. O, "Şirkətlər super zəkaya doğru yarışır. Amma bu yarışda zəka artdıqca, kiçik sapmalar belə böyük fəlakətlərə səbəb ola bilər" – deyərək, texnologiya sahəsindəki tələsmənin təhlükələrinə diqqət çəkib. Bu səbəbdən o, super intellektə doğru irəliləyişlərə qlobal səviyyədə qadağa qoyulmasını müdafiə edib.

Super intellektin faydalı olacağına inanlar da var

Meta-nın baş süni intellekt alimi Yann LeCun isə əksinə, super intellektin bəşəriyyət üçün ekzistensial təhlükə yaratmadığını və əksinə, insanları daha yaxşı vəziyyətə gətirə biləcəyini irəli sürüb. Həmçinin Facebook-un qurucusu Mark Zukerberq, süni intellektin inkişaf etdirilməsinin görməkdə olduqları əsas məqsəd olduğunu və şirkətlərin bu sahədə sürətlə irəlilədiyini bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az