İsrail Livana 8 yeni hava zərbəsi endirdi

17:15 - 08 Sentyabr 2025

İsrail Livana 8 yeni hava zərbəsi endirdi

İsrail ordusunun döyüş təyyarələri Livanın şərqindəki Hermel bölgəsi ətrafında 7 hava zərbəsi həyata keçirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Baalbek şəhərinin Lebve ətrafı da hədəf alınıb.

Livanın rəsmi xəbər agentliyi NNA-nın verdiyi məlumatda, İsrailin hava hücumlarının məqsədinin Hizbullahın mövqeləri olduğunu bildirilib. İsrail ordusunun sözçüsü Aviçay Adraee, Amerikanın X sosial şəbəkəsindəki hesabında açıqlama verərək, hücumların Beka vadisində Hizbullahın Rıdvan Qüvvələrinin düşərgələrinə və silah anbarlarına qarşı həyata keçirildiyini bildirib.

Adraee, bu düşərgələrin İsrailə qarşı hücumları planlaşdırmaq və hazırlamaq üçün istifadə edildiyini vurğulayıb. Eyni zamanda, o, hücumların davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az