Ermənistanda məhkəmə iş adamı, “Tashir Group” şirkətinin sahibi Samvel Karapetyanı həbsdə saxlayıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Armlur" məlumat yayıb.
Qeyd edək ki, Karapetyana qarşı “hakimiyyəti zorla ələ keçirməyə açıq çağırış” maddəsi üzrə ittiham irəli sürülüb.