İndoneziyanın Bali adasında leysan yağışları nəticəsində baş verən daşqınlar 6 nəfərin həyatını itirməsinə səbəb olub.
Manset.az xəbər verir ki, bu barədə İndoneziyanın “The Jakarta Post” qəzeti məlumat yayıb.
Məlumata görə, İndoneziya Milli Fəlakət İdarəetmə Agentliyi (BNPB) Bali adasında baş verən fəlakətlə bağlı açıqlama yayıb. Agentliyin sözçüsü Əbdül Muhari, Bali adasında baş verən güclü yağışların 4 fərqli bölgədə daşqınlara yol açdığını və nəticədə 85 nəfərin təhlükəsiz ərazilərə təxliyə edildiyini bildirib.
Agentliyin prezidenti Suharyanto, Bali adasında Jembrana və Naqekeo bölgələrində 6 nəfərin daşqınlar nəticəsində həyatını itirdiyini və 4 nəfərin itkin düşdüyünü qeyd edib. Fəlakət nəticəsində xəsarət alanların və itkin düşənlərin sayı ilə bağlı araşdırmalar davam edir.
Hazırda yerli orqanlar və fəlakət idarəetmə qurumları hadisənin miqyasını müəyyənləşdirmək və ərazidə təxliyə əməliyyatlarını həyata keçirmək üçün çalışırlar.