Tokatda mənzilin pəncərəsini təmizləyərkən müvazinətini itirən qadın park edilmiş cipin üzərinə yıxılaraq xəsarət alıb.
Manset.az xəbər verir ki, hadisə səhər saatlarında Yeşilırmak məhəlləsindəki Çiğdem mənzilində baş verib.
İddiaya görə, E.Ç. beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində pəncərələri təmizləyən 39 yaşlı qadın müvazinətini itirərək binanın altında dayanmış 60 AHC 741 dövlət nömrə nişanlı cip maşının üzərinə yıxılıb. Ətrafdakıların xəbərlərindən sonra yaralı qadın təcili yardımla Tokat Dövlət Xəstəxanasına aparılıb.
Qadının müalicəsi davam edərkən hadisə ilə bağlı istintaq başladılıb.