ABŞ-da fırtına səbəbindən Koloradodan Miçiqanadək yarım milyon insan işıqsız qalıb.
Manşet.az xəbər verir ki, mərkəzi ştatlardakı güclü fırtına toz fırtınasına çevrilib və elektrik xətlərini aşırıb.
Küləyin sürəti 160 km/saata çatıb. Evlərin damları uçub, avtomagistrallarda maşınlar aşıb.
Quru küləkli hava Kanzas ştatında meşə yanğınlarına səbəb olub. Fırtına hava limanlarının da işində problem yaradıb. Koloradoda yüzlərlə uçuş təxirə salınıb.