Ərdoğan nazirləri tTopladı

18:30 - 20 Dekabr 2021

Ərdoğan nazirləri tTopladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti toplanıb.

Manşet.az xəbər verir ki, iclasın əsas gündəliyi iqtisadiyyat olacaq.

Bildirilir ki, məzənnədəki dalğalanmanın bazara təsiri müzakirə olunacaq.

2022-ci ildə dövlət işçilərinin və təqaüdçülərin maaşlarının tənzimlənməsi ilə bağlı qiymətləndirmə aparılacaq.

Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasında İstanbulda keçirilən Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsi çərçivəsindəki təmaslarını dəyərləndirəcək.

Ərdoğanın Nazirlər Kabinetinin iclasından sonra “Millətə müraciət” çıxışı edəcəyi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az