İsveçin paytaxtı Stokholmda ikiqatlı avtobus dayanacağa çırpılıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsveç Polisinin verdiyi açıqlamaya əsasən, paytaxtın Östermalm bölgəsində ikiqatlı avtobusun avtobus dayanacağına çırpılması nəticəsində baş verən qəza ölü və yaralılarla müşayiət olunub.
Polis hadisənin səbəbi, həmçinin ölən və yaralananların sayı ilə bağlı əlavə məlumat açıqlamayıb. Ölkənin milli KİV-ləri bildirir ki, dayanacağa çırpılan ikiqatlı avtobusun içində sərnişin olmayıb və sürücü saxlanılıb.
Qəzanın baş verdiyi dayanacaq və onun ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb, təcili yardım və digər operativ xidmətlərin hadisə yerinə cəlb olunduğu qeyd edilib.