NASA-nın Mars səyyarəsi Perseverance, Jezero Krateri ərazisində ətrafdakı süxurlardan nəzərəçarpacaq dərəcədə fərqli görünən, eni təxminən 80 santimetr olan bir qaya aşkarlayıb. Tərkibi dəmir və nikel baxımından zəngin olan bu qayanın Mars mənşəli deyil, kosmosdan düşmüş meteorit olduğu ehtimal edilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Marsda fəaliyyətə başladığı vaxtdan bəri beş ildən artıq müddət keçməsinə baxmayaraq, Perseverance araşdırmalarını davam etdirir. Səyyarənin son müşahidələrindən biri isə mənşəyi barədə suallar doğuran, yerləşdiyi mühitə uyğun görünməyən qeyri-adi bir qaya olub.
Jezero Kraterinin Vernodden bölgəsində tapılan və təxminən 80 santimetr genişliyə malik bu qaya “Phippsaksla” adlandırılıb.