Yaponiyada dəhşətli təyyarə qəzası - Sağ qalan olmadı

22:34 - 18 Noyabr 2025

Yaponiyada dəhşətli təyyarə qəzası - Sağ qalan olmadı

Yaponiyanın Fukuoka prefekturası üzərində uçan tək mühərrikli, pərvanəli bir təyyarənin dağlıq əraziyə düşməsi nəticəsində 3 nəfər həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Fukuoka prefekturasında mülki aviasiya qəzası kimi qeydə alınıb. Yerli vaxtla saat 10:13-də Saga Hava Limanından havaya qalxan və Osakadakı Yao Hava Limanına uçmalı olan Cirrus SR20 tipli tək mühərrikli təyyarə naməlum səbəbdən saat 10:29 radələrində Fukuoka prefekturasının Yame şəhəri yaxınlığında yerləşən dağlıq əraziyə çırpılıb.

Hadisə şahidlərinin məlumat verməsindən sonra əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları, tibb işçiləri və axtarış-xilasetmə qrupları göndərilib. Təyyarədə olan 3 nəfərin öldüyü bildirilən qəza yerinə çatmaq üçün dərhal axtarış işlərinə başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az