Dünya Kubokunun seçmə mərhələsində Macarıstanı 90+6-cı dəqiqədə məğlub edən İrlandiya yığmasının həmin gecədəki qəhrəmanı Troy Parrott olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, gənc futbolçunun het-triki ilə yaranan coşqu nəticəsində Dublin Hava Limanı adını zarafatla “Troy Parrott Beynəlxalq Hava Limanı” olaraq dəyişdirib.
İrlandiya milli komandasının istedadlı hücumçusu Troy Parrott Macarıstana vurduğu üç qolla komandasına Dünya Kubokunun pley-off mərhələsinə vəsiqə qazandırıb. 23 yaşlı futbolçunun parlaq oyunu yalnız meydanda deyil, bütün ölkə üzrə böyük sevinc və həyəcan yaradıb.