2026-cı ildə təxminən 318 milyon insan aclıq böhranı ilə üzləşəcək
Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının 2026-cı il üçün proqnozlarında qeyd olunub.
Məlumatda çatışmazlıqlar, münaqişələr, iqlim şokları və humanitar yardımların maliyyələşdirilməsində ciddi boşluqlar kimi əsas risk mənbələri xüsusilə vurğulanır.
Ümumdünya Ərzaq Proqramı eyni zamanda 2026-cı ildə humanitar ehtiyacların qarşılanması üçün 13 milyard ABŞ dolları tələb edildiyini, lakin bu məbləğin yalnız yarısının toplanmasının gözlənildiyini qeyd edib.