Diyarbakırda 18 yaşlı gənc ana və qardaşını çarpayıda ov tüfəngi ilə başından vuraraq öldürüb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, şübhəli şəxs silahla birlikdə yaxınlıqdakı parkda yaxalanıb. Evdən onun atası üçün qoyduğu törətdiyi əməldən peşman olduğunu və özünü öldürəcəyini bildirən qeyd də tapılıb.
Qeyd edək ki, hadisə Diyarbakırın Bağlar qəsəbəsində baş verib.