İsveçrəli futbolçu Alisha Lehmann, Juventus'dakı karyerasını bitirdikdən sonra Como klubuna transfer olmuşdu. Məşhur futbolçu, evinə oğru girməsi hadisəsini sosial media hesabında etdiyi paylaşımda açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Lehmann, paylaşımında hadisəyə dırnaqarası bir yanaşma ilə, "Bir az obsesiv-kompulsivəm. Növbəti dəfə evimi soyduğunuzda, xahiş edirəm, təmizləyin" sözlərini yazıb.
Lehmann’ın evinə girməyə çalışan oğrularla bağlı polis araşdırmalara başlayıb. Lakin, oğruların hansı əşyaları apardıqları və ya maddi zərər ilə bağlı hələlik rəsmi bir açıqlama verilmir.