ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində bir yük təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Hadisə nəticəsində 7 nəfər həlak olub, 11 nəfər yaralanıb. ABŞ Federal Aviasiya İdarəsinin (FAA) açıqlamasına görə, yerli vaxtla saat 17:15 radələrində Luisvil Məhəmməd Əli Beynəlxalq Hava Limanından havaya qalxan yük təyyarəsi bir neçə dəqiqə sonra eniş-qaldırma zolağından kənarda qəzaya düşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “UPS 2976” reysi ilə uçan “MD-11” tipli təyyarə Luisvil Məhəmməd Əli Beynəlxalq Hava Limanından Havay adalarının paytaxtı Honolulu istiqamətinə yola düşmüşdü.
Təyyarənin hava limanının yaxınlığındakı yaşayış ərazisinin kənarına çırpıldığı bildirilir. Qəzanın səbəbləri araşdırılır və hadisədən sonra hava limanının uçuşlar üçün müvəqqəti bağlandığı qeyd olunur.