Məşhur aktyor Kenan İmirzalioğlu, ekran siması olduğu KADEM-in qadın cinayətləri və şiddətə qarşı kampaniyasının təqdimatında gözyaşlarını saxlaya bilməyib. Bu zaman yanında olan Sinem Kobal, həyat yoldaşının əlini bir an belə buraxmayaraq ona dəstək olub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qadın və Demokratiya Fondu (KADEM), 25 Noyabr "Qadınlara Qarşı Şiddətlə Mübarizə Günü" çərçivəsində bu il xüsusilə qadın cinayətlərini diqqətə çəkdi.
Bu məqsədlə İstanbulda yerləşən Atatürk Mədəniyyət Mərkəzində təşkil edilən təqdimatda, KADEM-in "Şiddətə Qarşı Həmişə Birlikdə" kampaniyasının simvolu olan Narıncı Nöqtə də ictimaiyyətə təqdim olundu.