Beynəlxalq Televiziya Sənətləri və Elmləri Akademiyası tərəfindən təşkil edilən Emmy Mükafatları bu il 53-cü dəfə sahiblərini tapdı. Ay Yapım tərəfindən istehsal olunan "Deha", Braziliya və İspaniya istehsallarının da yarışdığı kateqoriyada Türkiyəyə mühüm bir uğur qazandırdı.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, serialın baş rolunda oynayan Aras Bulut İynemli, prodüser Kerem Çatay, rejissor Umut Aral və ssenarist Damla Serim də daxil olmaqla serialın yaradıcı heyəti mükafatı almaq üçün New York-da idi.
Yaradıcı heyət, "Deha"-nın qlobal uğur yolculuğunu New York-da təmsil edərək, Türkiyənin beynəlxalq televiziya sektorunda qazandığı uğuru bir daha göstərdi.