Nurgül Yeşilçay İstanbuldan getdi - FOTO

15:30 - 27 Noyabr 2025

Nurgül Yeşilçay İstanbuldan getdi - FOTO

Bir dövrə damgasını vuran layihələrdə rol alan uğurlu aktrisa Nurgül Yeşilçay sıx və stressli İstanbul həyatına əlvida deyib.


Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, tamamilə dəyişmək qərarı verən Yeşilçay, İzmirə köçərək daha sakit və dinc bir həyat qurub. Sosial media hesabında təbiətlə iç içə yaşadığı anlardan görüntülər paylaşan tanınmış aktrisa, yeni yaşam tərzi ilə izləyicilərinin bəyənisini qazandı. Bu radikal addım, "Nurgül Yeşilçay artıq şəhərdən uzaq bir həyatı seçdi?" suallarını da gündəmə gətirdi.

Uzun müddətdir ekrandan uzaq olan və İstanbuldan köçərək İzmirə yerləşən aktrisa Nurgül Yeşilçay, yeni həyat tərzi ilə diqqət çəkdi. Sevgilisi Necati Kocabayla birlikdə təbiətin içində bir ev inşa etdirən Yeşilçay İzmirin yeni həyatından görüntüləri sosial media hesabından izləyiciləri ilə paylaşdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az