Məşhur şirkətdən gözlənilməz QƏRAR -  6 min şəxsi işdən çıxarır

16:46 - 27 Noyabr 2025

Məşhur şirkətdən gözlənilməz QƏRAR -  6 min şəxsi işdən çıxarır

ABŞ-ın nəhəng texnologiya şirkəti HP süni intellekt əsaslı dönüşüm planı çərçivəsində 6 min işçisini işdən çıxaracağını açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkət, süni intellektin köməyi ilə 2028-ci ilə qədər illik təxminən 1 milyard dollar qənaət etməyi hədəfləyir.

ABŞ mərkəzli kompüter və printer istehsalçısı HP, süni intellekt texnologiyalarının artan istifadəsi səbəbindən dünya üzrə minlərlə işçisini işdən çıxaracağını bildirdi. Şirkətin yaydığı son illik hesabatına görə, 2028-ci ilin sonuna qədər 4 min ilə 6 min arasında iş yeri ləğv ediləcək. Bu, HP-nin ümumi işçi heyətinin təxminən 10%-nə bərabərdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az