İndoneziyanın Açe bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) zəlzələnin episentrinin İndoneziyanın Açe bölgəsinin cənub-qərbindəki Simeulue adasında yerləşən Sinabang şəhərinin təxminən 45 kilometr şimal-qərbində olduğunu bildirib.
Təxminən 26 kilometr dərinlikdə baş verən 6,6 bal gücündəki zəlzələdə heç bir ölüm və ya maddi ziyan olduğu bildirilmir.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.