Türkiyənin məşhur "Cənnət Məhəlləsi" serialında canlandırdığı "Ethem" obrazı ilə yaddaşlara həkk olan Türkiyənin tanınmış simalarından Zihni Göktay, üç il əvvəl həyat yoldaşı Sevinç Göktayı itirmişdi.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, indi isə evsiz qalan usta aktyorun yaşlılar evinə yerləşdirildiyi məlum olub.
Türk teatrının önəmli nümayəndələrindən olan Zihni Göktay "Ulan İstanbul", "Cənnət Mahallesi", "Bizimkilər", "Koçum Benim" və "Görgüsüzlər" kimi bir çox layihədə rol alıb.