"Amazon"un işçiləri 30 ölkədə işdən çıxır

23:02 - 27 Noyabr 2025

\"Amazon\"un işçiləri 30 ölkədə işdən çıxır

Həmkarlar ittifaqları, ekologiya təşkilatları, insan haqları müdafiəçiləri və texnologiya sahəsində çalışan mütəxəssislər bu il altıncı dəfə keçiriləcək “Make Amazon Pay” (“Amazon ödəniş et”) kampaniyası çərçivəsində “Qara Cümə – Kiber Bazar ertəsi” dövründə Amazon şirkətinə qarşı qlobal etirazlara hazırlaşırlar.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Qara Cümə” yaxınlaşdıqca dünya üzrə ticarət nəhəngləri narahatlıq içindədir, lakin Amazon üçün vəziyyət daha da gərginləşir. Şirkətin 30-dan artıq ölkədəki əməkdaşları “artıq bəsdir” deyərək tarixinin ən genişmiqyaslı iş dayanacağına hazırlaşır. Anbarlarda ağır əmək şəraiti və sərt idarəetmə təzyiqləri səbri tükənən işçiləri qlobal etiraz dalğasına sürükləyib.

Kampaniya Amazonu bərabərsizliyi artırmaqda, çalışanların hüquqlarını boğmaqda, siyasi təsir imkanlarından sui-istifadə etməkdə və ətraf mühitə ciddi ziyan vurmaqda ittiham edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az