Norveçin Oslo şəhərində keçirilməsi gözlənilən mətbuat konfransı Nobel Sülh Mükafatını qazanan Venesuela müxalifət lideri Maria Corina Machado'nun harada olduğu ilə bağlı qeyri-müəyyənlik səbəbindən son anda ləğv edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bir neçə aydır ictimaiyyət qarşısına çıxmayan Machado'nun mükafat mərasiminə qatılıb-qatılmayacağı məlum deyil. Venesuela hökuməti isə, Machado Norveçə getsə, onu "qaçaq" olaraq tanıyacağını bildirib. Bütün diqqətlər liderin Oslo şəhərində görünüb-görünməyəcəyinə yönəlib.
Venesuela hökuməti, müxalif liderin mümkün xarici səfərinə dair təzyiqləri artıraraq, Machado Norveçə getsə, onu "qaçaq" olaraq tanıyacağını bəyan edib. Baş prokuror Tarek William Saab, Machado'ya qarşı terrorizm, sui-qəsd və nifrət təbliği ittihamları olduğunu açıqlayıb. Eyni zamanda, Daxili İşlər naziri Diosdado Cabello, Machado'nun səfər planları ilə bağlı "hər hansı məlumatının olmadığını" bildirərək, vəziyyəti daha da qeyri-müəyyən edib.