Dünyaca məşhur yazıçı vəfat etdi - FOTO

10:50 - 12 Yanvar 2026

Dünyaca məşhur yazıçı vəfat etdi - FOTO

İsveçrəli yazar Erich von Däniken 90 yaşında vəfat edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, onun ölüm xəbəri ailəsi və yaxın çevrəsi tərəfindən təsdiqlənib.

1935-ci ildə İsveçrədə dünyaya gələn von Däniken 1968-ci ildə nəşr olunan Tanrıların Arabaları (Chariots of the Gods?) adlı kitabı ilə dünya miqyasında məşhurlaşıb. Kitabda qədim dövrlərə aid memarlıq abidələri, mifoloji hekayələr və texnoloji izlərin dünya xaricindən gələn varlıqların insanlıq tarixinə müdaxiləsinin nəticəsi ola biləcəyi irəli sürülüb. Əsər qısa müddət ərzində çox satanlar siyahısına daxil oldu, bir neçə dildə tərcümə olundu və milyonlarla oxucuya çatdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az