Xameneiyə general xəyanət edib? - İDDİA

09:31 - 02 Mart 2026

Xameneiyə general xəyanət edib? - İDDİA

İranın dini lideri Əli Xamenei və İranlı rəsmilərin ABŞ-İsrail birgə hücumlarında öldürülməsindən sonra MOSSAD və CIA-in hədəflərin mövqeyini necə müəyyən etdiyi sualı gündəmə gəlib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin İran daxilindəki cəsuslardan istifadə edərək Xamenei və onun komandasının iclas yerini və zamanını öyrəndiyi iddia edilib.

Xameneini öldürüldüyü hücumdan əvvəl son görənlərdən olan Qüds Qüvvələrinin komandiri İsmail Kaani sui-qəsddən dərhal əvvəl hadisə yerindən ayrılması ilə diqqət çəkib. İran İnqilab Keşikçilərinə bağlı Qüds Qüvvələrinin komandiri Kaani Hizbullah lideri Həsən Nəsrallahın öldürülməsindən əvvəl də bombalanan binadan son anda ayrılmışdı. Nəsrallahın öldürülməsi əməliyyatı öncəsi Kaaninin son anda bölgədən uzaqlaşması müzakirələrə səbəb olmuş, lakin İranlı komandir heç bir ittihamla qarşılaşmamışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az