Sosial media platforması "X" süni intellektlə hazırlanmış münaqişə videolarının bu texnologiya ilə istehsal edildiyini bildirməyən istifadəçilərin 90 gün müddətinə gəlir paylaşım proqramından faydalana bilməyəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "X" şirkətinin sosial media platformasının məhsul meneceri Nikita Bier sosial media hesabında etdiyi açıqlamada məzmun istehsalçıları üçün gəlir paylaşımı siyasətində bəzi dəyişikliklər edildiyini bildirib.
Bier mövcud süni intellekt texnologiyasının insanları yanlış istiqamətləndirə biləcək məzmunlar yaradacağına işarə edərək, "Müharibə zamanı insanların bölgədən real məlumata çıxışının olması vacibdir" - ifadəsini işlədib.