İran ABŞ ilə əlaqəli neft və qaz infrastrukturunu məhv edəcəyi ilə hədələdi

00:38 - 13 Mart 2026

İran ABŞ ilə əlaqəli neft və qaz infrastrukturunu məhv edəcəyi ilə hədələdi

İranın enerji obyektlərinə hücum ediləcəyi təqdirdə, Yaxın Şərqdəki ABŞ ilə əlaqəli bütün neft və qaz infrastrukturunu məhv edəcək.


Manset.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Qərargahının rəsmisi bildirib.

"Xəbərdar edirik ki, İranın enerji infrastrukturuna və limanlarına ən kiçik bir hücum bizim sarsıdıcı və dağıdıcı cavabımıza səbəb olacaq. Belə bir hücum halında, ABŞ və Qərb müttəfiqlərinin payı olan bölgədəki bütün neft və qaz infrastrukturu yandırılacaq və məhv ediləcək", - deyə İranın dövlət televiziyası onun sözlərini sitat gətirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az