İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin ölkəsinə qarşı törətdiyi cinayətlər barədə xəbərdarlıq edən bir mesaj yayımlayıb.
Manset.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian bunu 20 martda X sosial media platformasında bildirib.
"ABŞ-ın İrana qarşı təcavüzü və Ali Liderin öldürülməsi beynəlxalq mübahisələrdə qlobal hüquq normalarını məhv edəcək yeni bir presedent yaradır. Əgər dünya möhkəm dayanmasa, onun alovu çoxlarını yandıracaq", - deyə o bildirib.
Pezeşkian əlavə edib ki, əgər beynəlxalq ictimaiyyət bu gərginliyin artmasına qəti şəkildə qarşı çıxmasa, "bu od-alov çoxlarını yandıracaq".