Türkiyənin müharibəyə qatılacağı ilə bağlı iddialara CAVAB

14:15 - 30 Mart 2026

Türkiyənin müharibəyə qatılacağı ilə bağlı iddialara CAVAB

Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) Türkiyənin İranın lehinə müharibəyə müdaxilə edəcəyi və ya Livana girəcəyi barədəki iddiaların dezinformasiya olduğunu açıqlayıb.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, DMM-dən verilən açıqlamada bəzi sosial media platformalarında yer alan Türkiyənin İranın lehinə müharibəyə müdaxilə edəcəyi və ya Livana girəcəyi iddialarının doğru olmadığı bildirilib.


Türkiyə Respublikasının böhranın başlandığı ilk gündən bəri müharibənin hər hansı bir tərəfi olmadığını açıq şəkildə bəyan etdiyi qeyd edilən açıqlamada Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında hücumların dərhal sona çatması, müharibənin yayılmasının qarşısının alınması və daimi sülhün təmin edilməsi üçün intensiv diplomatik səylərin göstərildiyi vurğulanıb. Türkiyənin bu mövqeyinin, xüsusilə, münaqişə edən tərəflər olmaqla bütün iştirakçılar tərəfindən təqdir edildiyi ifadə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az